Rusiyada ata 8 yaşlı oğlunu vəhşi heyvanla səhv salıb güllələdi

25-11-2022, 12:14           
Rusiyada ata 8 yaşlı oğlunu vəhşi heyvanla səhv salıb güllələdi
Rusiya sakini Tümen yaxınlığında ov edərkən 8 yaşlı oğlunu vəhşi heyvanla səhv salıb və güllələyərək öldürüb.

Məlumata görə, faciə Tümen vilayətinin kəndlərindən birində, göl ətrafında baş verib. Ərazidə 8 yaşlı uşağın başından güllə yarası almış cəsədi tapılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, uşağın 40 yaşlı atası gölün yaxınlığında ov edərkən onun heyvan olduğunu zənn edərək silahla hədəfə atəş açıb.

Faktla bağlı hüquq-mühafizə orqanları ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi ilə cinayət işi açıb. Ata zaminə buraxılıb.

Mənbə: RenTV












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru