Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xaricdən ölkəyə qayıdarkən Bakıda hava limanında saxlanılıb. Pravda.az-ın xəbərinə görə, bu barədə G.Hacıbəyli özü məlumat verib. G.Hacıbəyli bildirib ki, ona qarşı 147.2-ci maddə ilə xüsusi ittiham qaydasında iş açıblar. Onun Nəsimi Rayon Polis İdarəsinə aparıldığı qeyd olunub.