Los-Ancelesdə atışma nəticəsində üç nəfər ölüb

29-01-2023, 11:44           
Los-Ancelesdə atışma nəticəsində üç nəfər ölüb
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən atışma nəticəsində azı üç nəfər ölüb, dörd nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, atışma şənbə günü gecə Beverli Krest ərazisində baş verib. Hadisənin baş vermə şəraiti hələ müəyyən edilməyib.

İnsident zamanı avtomobildə olan üç nəfər həlak olub, dörd yaralı xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, son günlər Kaliforniyada 21 nəfərin ölümü ilə nəticələnən bir neçə atışma hadisəsi baş verib.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.