Lampeduzada miqrantların sayı yerli sakinlərdən üç dəfə artıq oldu - VİDEO

22-09-2023, 13:34           
Lampeduzada miqrantların sayı yerli sakinlərdən üç dəfə artıq oldu - VİDEO
İtaliyanın Lampeduza adasında vəziyyət getdikcə çıxılmaz hal almağa başlayıb. Belə ki, son 24 saat ərzində adaya göyərtəsində 1900 qeyri-qanuni miqrant olan daha 20 gəmi daxil olub. Beləliklə, Afrika qitəsindən gələn miqrantların sayı yerli sakinlərin sayını üç dəfə üstələyib.

Hazırda Lampeduzada 18 mindən çox afrikalı miqrant cəmləşib. Adanın yerli əhalisinin sayı isə altı min nəfərdir.

Xatırladaq ki, İtaliyada Afrikadan gələn kütləvi miqrant axını səbəbindən altı aylıq fövqəladə vəziyyət elan edilib.

Mənbə: KP.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru