Moskvada kürk oğurlayan kişi kameraya düşüb - VİDEO

22-11-2023, 15:03           
Moskvada kürk oğurlayan kişi kameraya düşüb - VİDEO
Rusiyanın paytaxtı Moskva şəhərində bir kişi kürk satılan mağazaya daxil olub. Ətrafında heç kimin olmadığını görsə də, kameraların varlığından xəbərsiz olub. O, kürək çantasına bahalı kürklərdən birini qoyub, sakitcə çıxıb gedib.

Məlumata görə, oğru tezliklə saxlanılıb. Lakin o, artıq oğurladığı kürkü satıb, mağazaya dəyən ziyan 230 min rubl (təxminən 4500 AZN) təşkil edib.

Mənbə: RİA Novosti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.