“Kriminal avtoritet” şəhərin mərkəzində güllələndi
22-11-2023, 10:57
Rostov vilayətinin Belaya Kalitva şəhərinin mərkəzində bir nəfər güllələnib.
Lent.az-a istinadən bildirilir ki, yerli sakinlərin dediyinə görə, güllələnən şəxs "90-cı illərin avtoriteti" olub.
Bildirilir ki, qatil "Makarov" tapançası ilə qurbanına 4 dəfə atəş açıb.
Hələlik ölənin kimliyi ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, Baza yazır ki, qatil 2017-ci ildə iş adamı Vladimir Pyatibratovun qətlini təşkil etməkdə təqsirli bilinən 58 yaşlı Vladimir Borisenkonu öldürüb.