Avstraliyalı aborigenlər qonşularını qorxudan timsahın ətindən ziyafət təşkil ediblər

17-06-2024, 15:58           
Avstraliyalı aborigenlər qonşularını qorxudan timsahın ətindən ziyafət təşkil ediblər
Avstraliyada aborigenlər onların qonşularını qorxudan timsah yeyiblər.

Qeyd olunur ki, uzunluğu 3,6 metr olan timsah seldən sonra yaşayış massivinin yaxınlığındakı çayda məskunlaşıb.

O, uzun müddət itləri yeyib və hətta yerli sakinlərə hücum etməyə çalışıb.

Yerli sakinlər timsahın bu davranışından təngə gələrək yırtıcını zərərsizləşdirib və cəsədini polis maşını ilə qəsəbəyə aparıblar. Ardınca yerli sakinlər ənənəvi ziyafət təşkil ediblər və menyuda timsahın əti də təklif olunub.

Məlumata görə, timsahın əti yerli mətbəxin reseptinə əsasən bükülmüş banan yarpaqlarında hazırlanıb.

Mənbə: ABC News












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.