Xəzər dənizində zəlzələ olub

15-08-2024, 09:49           
Xəzər dənizində zəlzələ olub
Xəzər dənizində, Lənkəran yaxınlığında 3.7 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 8:22-də qeydə alınan yeraltı təkanların ocağı 19 kilometr dərinlikdə yerləşib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.