Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb

14-09-2024, 17:24           
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı artıb
Ermənistanda Qərbi Nil qızdırmasından ölənlərin sayı dörd nəfərə çatıb.

Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Son bir həftə ərzində 20 yeni yoluxma halı qeydə alınıb. Ölkədə ümumilikdə 128 Qərbi Nil qızdırması halı aşkar edilib.

Xatırladaq ki, Ermənistanda ilk dəfə bu xəstəliyə yoluxma halı avqustun 21-də qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru