Qəhvənin qiyməti tarixi zirvəyə çatdı

11-12-2024, 17:24           
Qəhvənin qiyməti tarixi zirvəyə çatdı
Qəhvə ilin ən çox tələbat olan məhsullarından birinə çevrilib. Qlobal qıtlıq ehtimalı səbəbindən qiymətlər rekord səviyyəyə yüksəlib.

"Bloomberg"-in verdiyi məlumata görə, Nyu-Yorkda arabika növü qəhvənin fyuçersləri bir funt (0.45 kq) üçün 3.44 dollara satılır. Bu, 1977-ci ildə qeydə alınmış əvvəlki tarixi maksimumu geridə qoyub.

Qiymət artımının əsas səbəbi Braziliyadakı quraqlıqdır. Bu təbii fəlakət səbəbindən yaxın gələcəkdə qəhvə tədarükünün azalacağı gözlənilir. Bundan əlavə, Vyetnamda daha ucuz olan robusta növünün istehsalına da hava şəraiti mənfi təsir edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru