FACİƏ: Rusiyada ayı ovuna çıxan kişi özü ayının ovuna çevrilib

15-12-2024, 09:52           
FACİƏ:  Rusiyada ayı ovuna çıxan kişi özü ayının ovuna çevrilib
Rusiyanın Primorye diyarının sakini ayı ovlayarkən faciəli şəkildə ölüb.

Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Primoryenin Meşə Təsərrüfatı, Ətraf Mühitin Mühafizəsi, Vəhşi Təbiət və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Belə ki, ovçunun ilk atəşi uğursuz alınıb və hədəfə dəyməyib, ikinci cəhddə isə silahın nasazlığı səbəbindən atəş açmaq mümkün olmayıb. Nəticədə, ayı ovçuya çataraq ona ağır xəsarətlər yetirib. Ovçu aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin versiyaya görə, ovçuya erkək qonur ayı hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru