Sankt-Peterburqda fırıldaqçılar təqaüdçüdən 30 milyon rubldan çox pul oğurlayıblar

15-12-2024, 16:15           
Sankt-Peterburqda fırıldaqçılar təqaüdçüdən 30 milyon rubldan çox pul oğurlayıblar
Rusiyanın Sankt-Peterburq şəhərindən olan qadın fırıldaqçılara inanaraq onlara 30 milyon rubldan çox pul verib.

Gazeta.ru- nun verdiyi məlumata görə, bu barədə Rusiya DİN-in regional idarəsi məlumat yayıb.

Dələduzlar 70 yaşlı qadını inandırıblar ki, kimsə onun pullarını əldə etməyə çalışır. Pulların naməlum şəxslərin əlinə keçməməsi üçün təqaüdçü qadın onları müxtəlif ünvanlarda gözləyən kuryerlərə təhvil verib.

Beləliklə, fırıldaqçılar zərərçəkəndən 34.9 milyon rubl (təxminən 574 500 manat) alıblar.

Qadın aldadıldığını başa düşüb və polisə müraciət edib. Hüquq-mühafizə orqanları xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açıb.

Məlumata görə, təqaüdçü qadın fırıldaqçılarla iki ay ərzində ünsiyyətdə olub. Kuryerlərin gözlədiyi yerlərə qadını taksi ilə aparıblar. Zərərçəkən həmişə çatdırılma məntəqələrinə gedib, lakin son dəfə hesaba köçürmə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru