Fransada atışma: 5 nəfər ölüb

15-12-2024, 16:24           
Fransada atışma: 5 nəfər ölüb
Fransanın Dunkerk şəhəri yaxınlığındakı miqrant düşərgəsində atışma nəticəsində azı 5 nəfər həlak olub.

Bu barədə "Le Figaro" məlumat yayıb.

Nəşrin məlumatına görə, ölənlər Fransanın Dunkerkdən bir neçə kilometr aralıda yerləşən Vormu şəhərində iki təhlükəsizlik əməkdaşı, iki miqrant, həmçinin 29 yaşlı kişidir.

22 yaşlı fransız polisə təslim olub və onun avtomobilinin yük yerindən 3 silah tapılıb. Atəş açan şəxsin motivi barədə məlumat verilmir.

"Sky News" xəbər verir ki, ölən miqrantlar La-Manş boğazını keçməyə cəhd etmiş kürdlərdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru