Bakıda iki qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

16-12-2024, 15:27           
Bakıda iki qadın FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ
Bakıda dəm qazından ölüm hadisələri baş verib.

Referans.az xəbər verir ki, 1967-ci il təvəllüdlü Ülkər Bağıyeva yaşadığı Qızıldaş qəsəbəsindəki evdə dəm qazından zəhərlənərək vəfat edib.

Oxşar hadisə Sabunçu rayonunda da baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Aygün Məmmədova yaşadığı Balaxanı qəsəbəsindəki evin hamamında dəm qazından boğulub.

Hər iki faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.