Qazlı şirin içkilərin bilmədiyiniz zərərləri...

24-03-2025, 09:57           
Qazlı şirin içkilərin bilmədiyiniz zərərləri...
Siqaret çəkməyən və alkoqol istifadə etməyən qadınlarda da ağız xərçənginin yaranması dəhşətli faktı üzə çıxarıb.Milli.Az-ın məlumatına görə araşdırmalar nəticəsində məlum olub ki, şəkərli və qazlı içkilərin ağız xərçəngi riskini artırdığı müəyyən edilib.Araşdırmanın nəticələri barədə məlumat "JAMA Otolaryngology-Head & Neck Surgery" jurnalında dərc edilib.Əvvəllər əsasən siqaret, alkoqol vərdişi ilə əlaqələndirilən ağız xərçəngi, siqaret istifadəsinin azalmasına baxmayaraq Qərb ölkələrində artmaqdadır. Vashington Universitetinin mütəxəssisi Dr. Brittany Barber bu xərçəng növünün süd vəzi və ya yoğun bağırsaq xərçəngi qədər geniş yayılmadığını, lakin siqaret və alkoqol istifadə etməyən qadınlar arasında artmasının narahatlıq doğurduğunu deyib. 2020-ci ildə dünyada 355 mindən çox ağız xərçəngi halı qeydə alınıb və təxminən 177 min insan bu xəstəlik səbəbindən həyatını itirib. Alimlər siqaret və alkoqoldan əlavə, qidalanma vərdişlərinə də diqqət yetirilməsinin vacibliyini vurğulayıblar. Bu araşdırma şəkərli içkilərin yalnız piylənmə və diabetə deyil, həm də ağır xərçəng növlərinə səbəb ola biləcəyini göstərən ilk elmi işlərdən biri hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru