Çörəksiz qidalanmaq sağlamlıq üçün doğrudurmu?

3-07-2025, 17:58           
Çörəksiz qidalanmaq sağlamlıq üçün doğrudurmu?
Son illərdə çörəyi rasiondan çıxarmaq populyarlaşır.
Bu addımın sağlamlığa təsiri çörəyin növündən və əvəzedicilərdən asılıdır. Ağ çörək sürətli karbohidratlarla zəngindir və qanda şəkərin ani artmasına səbəb olur.Lakin tam buğda çörəyi lif, B qrupu vitaminləri və minerallarla daha zəngindir. Çörəksiz pəhrizdə bəzi vacib maddələrin çatışmazlığı müşahidə oluna bilər. Həddindən artıq çörək istehlakı çəkini artırsa da, düzgün və balanslı miqdarda qara çörək istifadə etmək orqanizm üçün faydalıdır.Lif çatışmazlığı bağırsaq fəaliyyətini zəiflədə və qəbizlik problemini artıra bilər. Əsas məsələ ağ çörəyi tam taxıllarla əvəzləmək və ümumi karbohidrat qəbulunu idarə etməkdir. Tamamilə çörəksiz qalmaq əvəzinə keyfiyyətli çörək seçmək daha faydalı yanaşmadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru