Azərbaycanda silah səsləri eşidildi - ölən var

Dünən, 15:39           
Azərbaycanda silah səsləri eşidildi - ölən var
Sumqayıt şəhərinin Stansiya Sumqayıt adlanan yaşayış massivində güllələnmə hadisəsi qeydə alınıb.

Referans xəbər verir ki, 1993-cü il təvəllüdlü, əslən Kəlbəcər rayonundan olan Nuruyev Cavid Saleh oğlu yaşadığı evdə odlu silahla həyatını sonlandırıb. Hadisə gecə saatlarında baş verib.

Məlumata əsasən, Cavid Nuruyev uzun müddətdir Abşeron rayonunun Masazır qəsəbəsində məskunlaşıb və orada yaşayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.