İspaniyada iki ayda 1 200-ə yaxın insan qızmar istilərin qurbanı olub Bu gün, 12:38 Bu il may-iyun aylarında İspaniyada müşahidə edilən qızmar istilər 1 200-ə yaxın insanın ölümünə səbəb olub.Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.Bildirilir ki, mayın 16-dan iyulun 13-dək istilik dalğaları ilə bağlı 1 180 ölüm qeydə alınıb.Ölənlərin 95 faizi yaşı 65-dən yuxarı insanlardır.Ötən ilin analoji dövründə İspaniyada isti havalar 70 nəfərin ölümünə səbəb olmuşdu. Facebook-da paylaş