Nazirlik Elşad Abdullayevin "izlərini silir" - 243 nəfərin attestatı qaytarılıb

16-06-2015, 20:44           
Nazirlik Elşad Abdullayevin "izlərini silir" - 243 nəfərin attestatı qaytarılıb
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili yarımçıq qalmış şəxslərin arxivdə aşkarlanan attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.

Nazirlikdən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə zəng edərək qeydiyyatdan keçən 404 nəfərdən 243-ü sənədlərini geri alıb.

Qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru