Argentinada dinozavr yumurtaları tapılıb

17-04-2017, 08:42           
Argentinada dinozavr yumurtaları tapılıb
Argentinanın cənubunda yerləşən Neuken əyalətində dinozavrlara aid yumurtalar aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə "Telam" agentliyi məlumat yayıb.
Yumurtaların 70 milyon il əvvələ aid olduğu bildirilir. Onların içində dinozavrların embrionlarının qalıqları qalıb.
Neuken Mədəni İrsinin Mühafizəsi Departamentinin rəhbəri Klaudiya Delya Neqra bildirib ki, alimlər üçün bu tapıntı böyük əhəmiyyət kəsb edir.
"Onlar embrionları hərtərəfli tədqiq edirlər və artıq embrional dəri və dişin təhlilini etmək mümkün olub", - deyə o əlavə edib.
Delya Neqranın sözlərinə görə, onların tapıldığı ərazinin bataqlıq olması, sonradan isə oranın vulkan çöküntüləri altında qalması sayəsində yumurtalar dövrümüzə qədər yaxşı vəziyyətdə gəlib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru