“ABŞ nüvə razılaşmasının şərtlərinə riayət etməlidir” – Zərif

21-04-2017, 08:43           
“ABŞ nüvə razılaşmasının şərtlərinə riayət etməlidir” – Zərif
İranın xarici işlər naziri Cavad Zərif ABŞ-ı Tehranın ünvanına ittihamlar səsləndirmək əvəzinə, nüvə razılaşmasının şərtlərinə riayət etməyə çağırıb.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, C. Zərif bunu “Tvitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.

C. Zərif bildirib ki, ABŞ-ın ittihamları əsassızdır, Vaşinqton İranın nüvə razılaşmasına riayət etməsi faktını etiraf etməlidir.

Qeyd edək ki, C. Zərif bununla ABŞ dövlət katibi Reks Tillersonun ittihamlarına reaksiya verib. R. Tillerson İranla nüvə razılaşmasının uğursuzluğa düçar olduğunu bildirib, Tehranı terrorizmi maliyyələşdirməkdə günahlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru