Ölümündən bir gün sonra məzarında dirildi - Şok

21-04-2017, 09:20           
Ölümündən bir gün sonra məzarında dirildi - Şok
Hindistanda 16 yaşlı qadının diri-diri basdırıldığı məlum olub. İnanılmaz hadisəni isə bir gün sonra qadının əri bilib.

Moderator.az xəbər verir ki, Neysi Perez adlı 16 yaşlı gənc qadın basdırıldıqdan bir gün sonra həyat yoldaşı ziyarət üçün məzarlığa gəlib. Qəbirdən gələn bağırtı və tabuta vurulan yumruq səslərini eşidən adam nə edəcəyini bilməyib. Ailə üzvlərini də çağıran adamla birlikdə hər kəs qadının betonla örtülən qəbrini dağıtmağa başlayıb. Ancaq tabutun qapağını açanda artıq gec olub. Hamilə olan və yeni evləndiyi üçün gəlinlik paltarında basdırılan gənc qadın ürəyi partlayaraq dünyasını dəyişib.

Hamını şoka salan hadisədə qadının barmaq uclarının göyərmiş olduğu görülüb. Baş verən həyəcandan sonra qadının yaşadığına dair heç bir ipucu tapa bilməyən ailə eyni qəbirə gənc qadını yenidən basdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru