Gəncədə 75 yaşlı qadın intihar edib

22-04-2017, 10:44           

Gəncədə yaşlı qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Məlumata görə, şəhər sakini, 1942-ci il təvəllüdlü Əliyeva Kifayət Əsgər qızı sirkə turşusundan ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Tibbi yardım göstərilsə də, 75 yaşlı qadını xilas etmək mümkün olmayıb. K.Əliyevanın intihar etdiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru