Bakıda polisi və xanımını döydülər

8-07-2015, 10:55           
Bakıda polisi və xanımını döydülər
Bakıda xuliqanlıq hadisəsi baş verib.


Sabunçu Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Sabunçu RPİ Post Patrul Xidməti Bölüyünün polis serjantı, Elnur Böyükağa oğlu Əzizov və həyat yoldaşı, 1983-cü il təvəllüdlü Nuriyyə Gülbala qızı İsgəndərova naməlum şəxslər tərəfindən döyülüb.

Həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin Bakı şəhər sakinləri, 1964-cü il təvəllüdlü Zakir Vəli oğlu Səfərov və 1959-cu il təvəllüdlü Əbülfəz Vəli oğlu Səfərov olduğu müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.