Bakıda əri tərəfindən döyülən qadın kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib
23-06-2017, 08:57
Bakıda döyülmə faktı qeydə alınıb. APA-nın xəbərinə görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Məlumata görə, rayon sakini 1977-ci il təvəllüdlü Almasi Kəmalə Kamal qızı ailə münaqişəsi zəminində əri tərəfindən döyülüb. Qadın kəllə-beyin travması ilə 3 saylı xəstəxanaya yerləşdirilib.