İki gənc maşın qarajında can verdi! – Bakıda bədbəxt hadisə

24-06-2017, 01:00           

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 130 ünvanında, maşın qarajında 2 nəfər maşın tüstüsündən boğularaq həyatını itirib.

Məlumata görə, qarajda maşının uzun müddət işlək vəziyyətdə olmasından şübhələnən bina gözətçiləri dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn Xətai Rəyon Polis İdarəsinin əməkdaşları, qarajın qapısını sındıraraq 2 gəncin meyitini aşkar ediblər.

İlkin məlumata görə həyatını itirən gənclər 23 yaşlarında olub. Gənclərin oğlan və qız olduğu deyilir.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru