Bakıda qohum qohumu bıçaqladı

10-03-2018, 11:28           
Bakıda qohum qohumu bıçaqladı
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər 3 bıçaq xəsarəti alıb.

teref.az-nun “report”a istinadən xəbərinə görə, Kürdəxanı qəsəbəsinin Hüseynbala Ağaverdiyev küçəsində 1977-ci il təvəllüdlü Qəhrəmanov Elşad Qəhrəman oğlu ilə Rauf Mübariz oğlu arasında mübahisə düşüb.

Nəticəsində Rauf E.Qəhrəmanova 3 bıçaq zərbəsi vurub. Yaralı ağır vəziyyətdə əvvəlcə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Lakin onun vəziyyəti ağır olduğundan qohumları E.Qəhrəmanovu 1 saylı Kliniki Tibbi Mərkəzə aparıblar. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şəxs axtarılır.

Rauf E.Qəhrəmanovun xalası oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru