Bakıda zibillikdən 100 kq qəpik tapıldı - Foto

11-09-2015, 10:33           

“Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodunda (BMTÇZ) 100 kiloqrama yaxın qəpik yığılıb.

Bu barədə Trend-ə “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Əsasən 1, 3, 5, və 10 qəpiklərdən ibarət pulları zavod əməkdaşları son 6 ayda iş prosesi zamanı məişət tullantılarının arasında aşkar edərək toplayıb.

Yığılmış vəsaitlə kimsəsiz uşaqlar evinə hədiyyələr alınacaq. Bununla həm xırda qəpiklər dövriyyəyə qaytarılacaq, həm də xeyriyyə işi görüləcək. 2014-cü ildə də zavodda 60 kq-a yaxın qəpik yığılaraq, xeyriyyə məqsədi ilə xərclənib.

BMTÇZ-in fəaliyyəti Bakıdan yığılmış tullantıları çeşidləməkdən ibarətdir. Şəhərdən toplanmış məişət tullantıları zavodda dəmir, plastik, kağız, şüşə və s. formada ayrılaraq xammal kimi təkrar emal müəssisələrinə göndərilir. Yığılan kütlə arasından bəzən tullantı olmayan əşyalar da tapılır. Metal qab-qacaq, müxtəlif növ sənədlər, bank kartları, silah-sursat və xırda pullar kimi. Onlar tullantıların arasından götürülərək aidiyyatı üzrə təhvil verilir və ya istifadə olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru