Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO
Bu gün, 09:44

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub -
Hurriyyet.az saytının redaksiyasına adlarının açıqlanmasını istəməyən bir qrup sürücü tərəfindən şikayət daxil olub. Şikayətçilər bildirir ki, Rusiyanın Stavropol şəhərindən Azərbaycana xırdabuynuzlu heyvanların gətirilməsinə rəsmi şəxslər tərəfindən süni maneələr yaradılır:
"Bildirmək istəyirik ki, bizim xırdabuynuzlu heyvanları Dağıstan Gömrük Komitəsindən keçirməyə qoymurlar. Bütün sənədlər qaydasında olsa da, heyvanları Azərbaycan ərazisinə buraxmırlar".
Hazırda sərhəddə gözləməyə məcbur qaldırlarını deyən şikayətçilər əlavə edir: "Bizi artıq 12-13 saatdır sərhəddə gözlədirlər. Bizimlə yanaşı, heyvanlar da əziyyət çəkir, neçə saatdır qapalı yerdə qalıblar. Nə bizə, nə də heyvanlara yazıqları gəlir.
Bizdə olan məlumata görə, buna birbaşa Xaçmaz Gömrük İdarəsinin rəisi Rərviz Rəhimov göstəriş verib. Bu oyunu isə bizim başımıza Pərviz müəllimin qohumu olan Hüseynov Teyyub Məmməd oğlu açdırır. Səbəbi bizə də bəlli deyil. Belə deyirlər ki, o, bu sahədə monopolist şəxsdir, bu səbəbdən də başqa kimsəyə ölkəyə heyvan gətirməyə icazə vermirlər.
Bəzi işçilər bizə etiraf edib ki, Hüseynov Teyyub Məmməd oğlu tapşırıq verib. Onların sözlərindən belə çıxır ki, Teyyub müəllimdən başqa Stavropoldan Azərbaycana başqa kimsə heyvan gətirə bilməz, heç kimə icazə verilmir.
Qeyd edək ki, heyvanların hamısının sənədləri və yoxlanışları olunub. Dözə bilməyən bir neçə heyavnımız artıq tələf olub, külli miqdarda ziyana düşmüşük".
Şikayətçilərin redaksiyamıza göndərdiyi video-görüntünü də olduğu kimi dərc edirik:
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.