Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə: Bir ailənin üç üzvü həlak oldu, yaralananlar var
Bu gün, 08:32
Naxçıvanda bədbəxt hadisə baş verib.
TEREF "Report"a istinadən xəbər verir ki, hadisə ötən gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.
İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüblər. Qəza zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Tural Əli oğlu Hüseynov və onun oğlu, 2007-ci il təvəllüdlü Nicat xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.