Təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya verilməlidir - Peskov
Bu gün, 08:47
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də Rusiyaya təqdim olunmalıdır.
APA xəbər verir ki, o, bu fikri Şərq İqtisadi Forumu çərçivəsində "RİA Novosti"yə müsahibəsində səsləndirib.
“Şübhəsiz ki, təhlükəsizlik zəmanətləri həm Ukraynaya, həm də bizə verilməlidir”, – deyə Peskov qeyd edib.
Eyni zamanda o, xatırladıb ki, mövcud münaqişənin əsas səbəblərindən biri Rusiyanın təhlükəsizlik zəmanətlərinin pozulması olub.
Peskovun sözlərinə görə, bu, Ukraynanın NATO-ya “cəlb olunmağa” başlanması və alyansın hərbi infrastrukturunun Rusiyanın sərhədlərinə doğru irəliləməsi ilə bağlıdır.