“Star Construction-12” QSC-nin külli miqdarda vergi borcu üzə çıxdı - 2,84 milyon manat
Bu gün, 10:24
“Star Construction-12” Qapalı Səhmdar Cəmiyyətinin vergi borcu üzə çıxıb.
Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, şirkətin borcu 2.840.172,09 AZN təşkil edir.
QSC-nin nizamnamə kapitalı 2.050 manat, qanuni təmsilçisi isə Mirsahib Bayramov Atamali oğludur.
Şirkət Bakı Şəhər İcra Hakimiyyətinin və nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə onlarla milyonluq tenderlər qazanıb.
Onu da bildirək ki, bugünə kimi çoxsaylı tender müsabiqələrinin qalibi olan "Star Construction-12" QSC-nin direktoru Bayramov Mirsahib Atamalı oğlu daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Mətbuatda yazılır ki, Mikayıl Cabbarov Təhsil naziri olduğu zaman Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub.