Rəqs edən oğlan qəfil öldü - Bakıda toy yasa çevrildi
Bu gün, 09:08
Bakıda toyda ölüm hadisəsi baş verib. TEREF Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən şadlıq evlərindən birində qeydə alınıb.
Toy məclisində rəqs edən, 1988-ci il təvəllüdlü Tural Musayevin vəziyyəti qəfildən pisləşib. Şadlıq evinə təcili yardım çağırılsa da onu xilas etmək mümkün olmayıb.