Tramp Avropa liderlərini “Rusiya neftini almamağa” çağırıb
Bu gün, 11:08
ABŞ prezidenti Donald Tramp Avropa liderlərini Rusiyadan neft almaqdan çəkinməyə çağırıb. Bizimyol.info xəbər verir ki, Anadolu Agentliyinin (AA) Ağ Ev rəsmisindən əldə etdiyi məlumata görə, Fransa prezidenti Emmanuel Makron və Avropa liderlərinin dəvəti ilə Ukrayna müharibəsi üçün “İstəklilər Koalisiyası”nın toplantısına Ağ Evdəki ofisindən qatılan Tramp Rusiyanın Avropa Birliyinə bir ildə yanacaq satışından 1,1 milyard avro qazandığına diqqət çəkib.
Tramp bəyan edib ki, Avropa müharibəni maliyyələşdirən Rusiya neftini almağı dayandırmalı və Avropa liderləri də Rusiyanın müharibə səylərini maliyyələşdirmək üçün Çinə iqtisadi təzyiq göstərməlidirlər.