Rusiya hər cür fırıldağa əl atır - Moskvada gizli “mayninq fermaları” var...

Bu gün, 11:14           
Rusiya hər cür fırıldağa əl atır -
Rusiyanın paytaxtı Moskva ətrafında gizli “mayninq fermaları” barədə yayılan iddialar öz təsdiqini tapıb.

TEREF Müsavat.com-a istinadən xəbər verir ki, layihəsinin apardığı araşdırmaya görə, FSO-ya (Federal Mühafizə Xidməti) məxsus 66631 saylı hərbi hissə dövlət data-mərkəzlərinin saxlanması ilə yanaşı, kriptovalyuta mayninqi ilə də məşğul ola bilər.

Jurnalistlər bildirirlər ki, həmin hərbi hissə əvvəlcə nəhəng həcmdə soyudulmuş su və hava tədarükləri ilə diqqət çəkmişdi. Lakin indi məlum olub ki, qurum həm də nəhəng miqdarda elektrik enerjisi alıb.

Aşkara çıxarılan iki dövlət müqaviləsinin (№1772283031718000183 və №1772283031718000264) ümumi məbləği 2 milyard 300 milyon rubldan çoxdur. Təchizatçı — “Mosenergosbyt” ASC-dir. Bu, təxminən 500 milyon kVt·saat elektrik enerjisinə bərabərdir. Müqayisə üçün, bu həcm illik olaraq Şimali Osetiyada yerləşən ən böyük enerji mənbələrindən biri — Zaramag SES-1-in istehsal gücünə yaxındır.

Araşdırmada qeyd edilir ki, artıq 66631 saylı hərbi hissənin fəaliyyətində böyük həcmli hesablama gücü, soyutma sistemləri və nəhəng enerji istifadəsi müşahidə olunur. Bütün bunlar isə dövlət səviyyəsində kriptovalyuta mayninqinin mümkünlüyü barədə versiyanı gücləndirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru