Elmira Axundova seçkiylə bağlı qərarını verdi — AÇIQLAMA

19-09-2015, 12:04           

Millət vəkili Elmira Axundova parlament seçkilərində iştirakla bağlı qərarını verib

Bu barədə Ölkə.az-a açıqlamasında xanım deputat bildirib ki, yenidən namizədliyini irəli sürəcək:

"Son zamanlar parlament seçkiləri ilə bağlı seçicilərindən xeyli müraciətlər daxil olub. Onlar istəyirlər ki, mən yenidən namizədliyimi irəli sürüm. Həm də millət vəkili olduğu dairədə xeyli işlər var ki, onları başa çatdırmaq istəyirəm. Bu səbəbdən üçüncü dəfə millət vəkilliyinə namizədliyimi 71 saylı Masallı kənd seçki dairəsindən irəli sürürəm. Çünki Masallı və masallılılar mənimçün çox doğmadır".

Qeyd edək ki, parlament seçkiləri noyabrın 1-də keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.