ŞOK olay: 19 yaşlı qızı evə bağlayıb 17 gün zorladı
19-09-2015, 12:44
Bakı polisinə tez-tez gənc qızların qaçırılması ilə bağlı məlumatlar daxil olub. Çox vaxt da həmin hadisələr toyla nəticələnir. Yəni gənc qızların əksəriyyəti evlənmə məqsədilə qaçırılır. Lakin bu dəfə Binə qəsəbəsində baş verənlər bunun əksi olub.
Vesti.az saytının verdiyi məlumata görə, sentyabrın 1-də 19 yaşlı Aybəniz Pənahova evdən qaçıb. Qız Niyaməddin adlı oğlanla evlənmək məqsədilə qaçıbmış. Oğlan gənc qıza onunla ailə quracağı barədə söz verib və onu aldadıb.
Oğlan qızı tanımadığı bir ünvana gətirib və onu evdə bağlı saxlayıb. Sentyabrın 1-dən 17-nə qədər qızı evdə bağlı saxlayan Niyaməddin onu dəfələrlə zorlayıb
Seksual zorakılığa məruz qaldığını deyən Aybəniz senytabrın 17-də ordan qaça bilib. Qız dərhal polisə şikayət edib.