Samir Şərifov və müavinləri hədəfə gətirildi - Cahangir Hacıyev və ətrafı susqunluğu pozurlar

14-12-2015, 17:41           
Samir Şərifov və müavinləri hədəfə gətirildi - Cahangir Hacıyev və ətrafı susqunluğu pozurlar
Beynəlxalq Bankın keçmiş sədri, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan Cahangir Hacıyev həbsi ilə barışmaq niyyətində deyil.

O, bir tərəfdən Prezident İlham Əliyevə qohumarı, vəkili vasitəsiylə azad olunması xahişini etdirir, digər tərəfdən isə həbsinin Beynəlxalq Bankda mənimsənilən vəsaitlərin geri qaytarılmasında əsas fiqur qiyafəsində göstərməyə çalışır. Digər ən maarqlı nüans isə onun həbsinə rəvac verənlərin əslində özlərinin günahkar olmasına diqqəti çəkilməsi sayıla bilər.

Bunu Cahangir Hacıyevin həbsindən sonra baş verən proses və açıqlamalar da təsdiq edir.

Dia.az "Reytinq" qəzetinin son sayında dərc olunan araşdırmaya istinadən xəbər verir ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın Azərbaycan Prezidenti İlham Əliyevə müraciətində həm qardaşının azad olunmasına çağırış, həm də çox diplomatik şəkildə qardaşının suçsuz olduğuna əminlik ortaya atılıb. Bacısı vurğulayıb ki, qardaşının həbsi mübahisəli məsələlərin müsbət həllinə maneçilik yaratmaqdadır: "Sizi əmin etmək istəyirəm ki, Sizə verilən məlumatlar reallğı əks etdirmir. Kimlərinsə şəxsi ambisiyalarına məhz Cahangir Hacıyev amili maneə olduğu üçün onun barəsində Sizə yanlış məlumat verirlər, eyni zamanda mətuata dezinformasiya ötürürlər. Bu ambisiyaların arxasında duran şəxsin kim olduğu bizə məlumdur və mətbuata gedən reallıqdan uzaq informasiyalar da məhz fürsətçi şəxslərin göstərişi ilə yayılır".

Göründüyü kimi, həbsdə olan bankir qardaşının azad olunmasını xahiş edən bacısı da hələlik ad açıqlamadan qardaşının həbsində maraqlı qrupun olduğunu deyir.

Maraqlıdır, Cahangir Hacıyev kimlərin şəxsi ambisiyalarına maneə olub? Və yaxud Prezidentə yanlış məlumatı kim verib?

Maraqlıdır ki, bacısının müraciətindən bir neçə gün əvvəl Cahangir Hacıyevin vəkili Aqil Layıcov da "Azadlıq" radiosuna müsahibəsində açıq şəkildə əsas suçlunun kənarda saxlanıldığını bəyan edib. O, Cahangir Hacıyevə verilən ittihamları qəbul etmədiklərini deyərək, əsas məsələyə diqqəti çəkib və bu zaman dolaysı ilə müvəkkilinin həbsində maraqlı olan hədəfi göstərib:

"Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev, sadəcə, icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir".

Vəkilin sözlərində rəsmi həqiqət yükünün çox olduğu aydın görünür. Ən azı ona görə ki, ölkənin maliyyə-kredit siyasətini tənzimləyən, həm də Azərbaycan dövlətinin Beynəlxalq Bankdakı 50-dən çox payının məsul şəxsi Samir Şərifovun rəhbərlik etdiyi Maliyyə Nazirliyidir. Bundan əlavə, səhmlərinin əsas hissəsi Maliyyə Nazirliyində olan Beynəlxalq Bankın Müşahidə Şurasının sədri də maliyyə nazirinin müavini Azər Bayramovdur. Və diqqətçəkən digər maraqlı fakt isə odur ki, Azər Bayramov Samir Şərifovun ABB-də təmsil olunan yeganə adamı da deyil. Müşahidə Şurasının üzvləri arasında Maliyyə Nazirliyinin hüquq şöbəsinin direktoru Xaliq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin direktoru müavini Müşfiq İsrafilovun da adı var.

O zaman vəkilin iddia etdiyi kimi, ortaya belə sual ortaya çıxır: Axı, necə olur ki, bu məmurlar Cahangir Hacıyevin böyük məbləğli kredit tranşlarına göz yumublar? Niyə bankı nəzarətsiz buraxıblar? Burada onların maraqları nədən ibarət olub?

Bu iki faktordan bir daha görünür ki, əslində, Samir Şərifov və ya ABB-nin ali orqanı olan Müşahidə Şurasındakı adamları ən azı Cahangir Hacıyev qədər suçludurlar. Çünki bank sektoruna bələd olan adamlar əla bilirllər ki, kredit tranşları ilə bağlı əsas qərarları Müşahidə Şurası verir.

Elə isə Cahangir Hacıiyev və onun yaxın ətrafının "Prezidentə yalan məlumat verirlər. Onun həbsində maraqlı adam var" demələri də, Samir Şərifova işarə deyilmi?

Bununla bağlı açıqlama verən mənbə deyir ki, bu, mümkündür: "Ola bilər ki, bankın idarə olunmasında əsas pay sahibi olan Maliyyə Nazirliyinin rəhbər şəxsləri özlərini qorumaq üçün bütün gücləri ilə Cahangir Hacıyevi hədəfə çıxarıblar. Mümkündür ki, buna kifayət qədər əsas olub, ancaq məncə, bu, yetərli ola bilməzdi. Yəni bütün hallarda Samir Şərifov və onun şuraya rəhbərlik edən müavini Azər Bayramov mənimsənilən kreditlərə görə məsuliyyət daşıyırlar və daşımalıdırlar da".

Məlumatlı şəxs istisna etmir ki, Samir Şərifovun qrupuna bu məsələdə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov da dəstək verib...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.