Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb

22-09-2024, 08:26           
Orta ixtisas təhsili müəssisələrində çalışan alimlərin sayı açıqlanıb
Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində 2023-2024-cü tədris ilinin əvvəlinə 6 449 müəllim çalışıb. Onların 5 123-ü qadındır.

İqtisadiyyat.az xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət-2024" adlı məcmuəsində əks olunub.

Rəsmi nəşrdə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 10-u elmlər doktoru, 106-sı isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 8-i professor, 31 nəfəri isə dosentdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru