Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu - İsrafil Kərimovun yazısı

21-09-2024, 11:39           
Qarabağ Universitetinin açılışı mühüm əhəmiyyət daşıyan tədbir oldu - İsrafil Kərimovun yazısı
Düz bir il əvvəl sentyabr ayının 19-da Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağda
lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat çəkən bu
hərbi əməliyyatla Azərbaycan ərazilərində 200 il idi davam edən erməni
separatçılığına birdəfəlik son qoyuldu. Qəhrəman ordumuzun möhtəşəm
zəfəri ilə yekunlaşan bu əməliyyatla bütün torpaqlarımız üzərində
dövlətimizin suverenliyi təmin edildi. Bununla da möhtərəm Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik
tariximizin növbəti şərəfli səhifəsi yazıldı.
Qeyd edilən bu antiterror tədbirləri Vətən müharibəsində
qazandığımız tarixi Zəfərin məntiqi davamı oldu. Dövlətimizin, xalqımızın
qürur mənbəyinə çevrilən 44 günlük Vətən müharibəsində Ermənistanın 30
ilə yaxın işğal altında saxladığı torpaqlarımız azad edildi, sözdən və
sülhdən anlamayan düşmən döyüş meydanında ordumuz tərəfindən layiqli
şəkildə cəzalandırıldı. Xalqımız bu müharibədə yumruq kimi bir oldu.
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd
etdiyi kimi, bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində
dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi
müdrikliyinə şahidlik etdi.
2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və
Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat Azərbaycanın 44
günlük müharibədəki qələbəsinin, Ermənistanın isə məğlubiyyətinin siyasi-
hüquqi təsdiqi oldu. Həmin dövrdən 2023-cü ilin 19 sentyabr tarixinə qədər
həmin ərazidə baş verənlər isə Azərbaycanın səbr kasasını daşdıran
hadisələr oldu. Sentyabrın 19-da başlayan antiterror tədbirləri cəmi 23 saat
43 dəqiqə çəkdi. Elə əməliyyatın ilk dəqiqələrindən gedişat Azərbaycan
Ordusunun ən yüksək və modern döyüş imkanlarına malik olduğunu
göstərdi. Cəmi bir neçə saat ərzində düşmənin ön xətt və dərinlikdə olan
mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı
obyektləri sıradan çıxarıldı. Hər günü bir şanlı tarix olan 44 günlük Vətən
müharibəsində olduğu kimi ildırımsürətli antiterror tədbirlərində də ordumuz
yenidən möhtəşəm zəfər tarixi yazdı. Əməliyyat zamanı düşmənin min
nəfərdən çox canlı qüvvəsi, yüzlərlə hərbi texnikası məhv edildi və bir o
qədər də qənimət götürüldü. Qarabağın erməni sakinlərinin
nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini
nəzərə alaraq 2023-cü il sentyabrın 20-də günorta lokal xarakterli antiterror
tədbirləri dayandırıldı və separatçılar ağ bayraq qaldırdılar.
Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyev canından da
çox sevdiyi xalqı üçün həlli mümkünsüz görünən vəzifəni reallaşdırdı. Ən
önəmlisi isə 2023-cü ilin sentyabrın 20-də qazandığımız hərbi qələbə ilə
ölkəmizin suverenlini tam bərpa etdik. Bu Azərbaycan xalqının həyatında
ən müqəddəs gündür. Məhz elə buna görə də Prezident İlham Əliyevin 19
sentyabr 2024-cü il tarixli Sərəncamı ilə hər ilin sentyabrın 20-si
Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd
ediləcəkdir. Prezidentin digər Sərəncamı ilə 20 sentyabr həm də Xankəndi,
Xocalı, Xocavənd və Ağdərə Şəhər Günü kimi qeyd ediləcək.
Şanlı Qələbəmizdən ötən müddət ərzində ölkə başçısının rəhbərliyi
altında işğaldan azad edilən ərazilərdə genişmiqyaslı tikinti-abadlıq və
quruculuq işləri aparılır. Tam yeni struktur yaradılır, sənaye və digər
təyinatlı müəssisələr yaradılır, təhsil, səhiyyə və digər obyektlər açılır.
2023-cü il noyabrın 28-də Prezident İlham Əliyev “Qarabağ Universitetinin
yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun
sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının
ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması
məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ
Universiteti” publik hüquqi şəxs yaradılıb. Dövlətimizin başçısının birbaşa
diqqət və qayğısı nəticəsində qısa müddət ərzində Universitetdə müasir
tədris infrastrukturu yaradılıb. Ali təhsil ocağının bütün ərazisində
genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Əsas tədris binasının
qarşısındakı park sökülüb, onun yerində 2,3 hektar ərazidə müasir tələblərə
uyğun yeni park salınıb.
Sentyabr ayının 20-də ölkəmiz və xalqımız üçün çox əlamətdar olan
gündə Prezident İlham Əliyev Xankəndi şəhərində Qarabağ Universitetinin
təmirdən sonra açılışında iştirak edib. Universitetlə yaxından tanışlıqdan
sonra keçirilən görüşdə ölkə başçısı xüsusi olaraq qeyd edib: “Əgər 2020-ci
ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı
və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki
addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr -
Dövlət Suverenliyi Günü idi”.
Ölkə Prezidenti İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz
20 sentyabr tarixində olması bir daha sübut etdi ki, artıq şanlı tariximizdir.
Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi
gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin
hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan
tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər.
Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, “yaxşı
oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman - əgər lazım
olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi
müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!”

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.