Nobel mükafatı laureatları bu tarixdə açıqlanacaq

21-09-2024, 18:54           
Nobel mükafatı laureatları bu tarixdə açıqlanacaq
Ənənəyə uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı -ayrı sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim olunur.

2024-cü ilin Nobel laureatları oktyabrın 7-14-də keçiriləcək “Nobel həftəsi”ndə elan olunacaq.

Bu barədə komitənin rəsmi saytı məlumat yayıb.

İlk olaraq oktyabrın 7-də İsveçin Karolinsk İnstitutu tərəfindən fiziologiya və tibb sahəsində Nobel laureatının adı elan olunacaq.

İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 8-də fizika, oktyabrın 9-da isə kimya üzrə üzrə laureatların adları açıqlanacaq. Oktyabrın 10-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.

Norveç Nobel Komitəsi tərəfindən oktyabrın 11-də 2024-cü ilin Sülh mükafatı laureatının adı açıqlanacaq.

Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 14-də elan olunacaq.

Xatırladaq ki, mükafatların elan olunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholmda keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru