Tverdə daha bir böyük silah anbarı vuruldu - Yanğın başlayıb

Bu gün, 19:09           
Tverdə daha bir böyük silah anbarı vuruldu - Yanğın başlayıb
Ötən gecə Rusiyanın Tver vilayətində Ukrayna PUA-ları Toropets şəhəri yaxınlığındakı daha bir hərbi obyekti vurub.

Bu barədə Rusiya “teleqram” kanalları məlumat yayıb.

Yerli sakinlərin “VÇK-OGPU” “teleqram” kanalına verdiyi məlumata görə, söhbət Oktyabrsk kəndindəki Rusiya raket qüvvələrinin hərbi hissəsindən gedir.

Məlum olub ki, Oktyabrsk kəndində Rusiya Silahlı Qüvvələrinin Baş Raket və Artilleriya İdarəsinin 23-cü arsenalında güclü partlayış baş verib. Bu hərbi obyekt bir neçə gün əvvəl daha bir böyük sursat anbarının partladıldığı Toropetsdən 16 km cənubda yerləşir.

PUA hücumu ilə əlaqədar Tver vilayətində yerləşən Staraya Toropa dəmir yolu stansiyası boşaldılıb, bir neçə sərnişin qatarının hərəkəti dayandırılıb. Moskva - Pskov və Sankt-Peterburq - Smolensk qatarları təxminən iki saat gecikmə ilə başqa alternativ marşrutla göndərilib.

Bundan əvvəl regionun rəhbəri İqor Rudenya Tver vilayətinin cənub-qərbində Ukrayna Silahlı Qüvvələrinə məxsus bir neçə PUA-nın vurulması barədə məlumat vermişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.