İnsan genomu 1000 dərəcə Selsi temperatura dözən kristala yazıldı

21-09-2024, 17:18           
İnsan genomu 1000 dərəcə Selsi temperatura dözən kristala yazıldı
Britaniyada alimlər gələcəkdə bəşəriyyəti məhv olmaqdan xilas etmək üçün insan genomunu yüksək dözümlüyə malik kristala yazıblar.

Oxu.Az-ın kp.ru-ya istinadla məlumatına görə, bu yaddaş kristalı 5D adlanır, çünki məlumat üç məkan koordinatı parametri və iki optik parametr vasitəsilə kodlaşdırılıb.

Bildirilir ki, bu daşıyıcı milyardlarla il məlumat saxlaya bilər və saxlama şəraiti ekstremal olsa belə, məlumat itkisi riski yoxdur.

Bundan əlavə, 5D kristal 1000 dərəcə Selsiyə qədər temperaturlara, kosmik radiasiyaya və birbaşa zərbə təsirinə davam gətirə bilər.

Tədqiqatçılar bildiriblər ki, 5D kristal Avstriyadakı duz mağarasında olan "Bəşəriyyətin yaddaşı" arxivində saxlanılır.

Qeyd edək ki, 2014-cü ildə "Sautgempton" Universitetinin tədqiqatçıları tərəfindən ixtira edilmiş 5D kristal "Ginnesin Rekordlar Kitabı"na ən davamlı məlumat saxlama materialı kimi daxil edilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru