Avraam Russo onun oğurlanmasında əli olan şəxsin kimliyini açıqladı

21-09-2024, 18:44           
Avraam Russo onun oğurlanmasında əli olan şəxsin kimliyini açıqladı
Rusiyalı müğənni Avraam Russo üzləşdirmə zamanı 2004-cü ildə onun oğurlanmasında əli olan şəxsi müəyyənləşdirib.

Bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, bu, günahını boynuna almayan və etdiyi əməldən peşman olmayan Vladimir Şestopalovdur. O, sentyabrın 4-də Şeremetyevo hava limanında saxlanılıb.

Qeyd olunur ki, həmin şəxs 2018-ci ildən federal axtarışdadır. İndi artistin vəkili Andrey Aleşkin Şestopalova qarşı 5 milyon rubl (təxminən 92 min manat - red.) məbləğində mənəvi və maddi təzminat tələbi hazırlayır. Russonun başqa prodüserlə işləmək istəyindən narazı qalan oliqarx Telman İsmayılovun sifarişi ilə 2004-cü ildə sənətçinin oğurlanmasında iştirak edən məhz Vladimir olub.

İstintaqın məlumatına görə, İsmayılov 20 il əvvəl Russonu aldadaraq, onu Moskvanın "Praqa" restoranına gətirib, daha sonra cinayət ortaqları müğənnini döyərək Aprelevkadakı bağ evində bir gün saxlayıblar. Sənətçi qarşısına qoyulan tələblərlə razılaşmalı olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.