“TikTok” ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək- Saziş

25-09-2020, 00:43           
“TikTok” ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək- Saziş
ABŞ-da fəaliyyətinin qadağan olunması təhlükəsi ilə üz-üzə qalan “TikTok”un sahibi, Çinin “ByteDanse” şirkəti dünyanın bu sahədə ikinci böyük şirkəti sayılan “Oracle” və pərakəndə satış nəhəngi “Walmart” ilə saziş imzalayıb.

Sazişə əsasən, ABŞ şirkətləri “Oracle” və “Walmart” Çin şirkətlərinin 20 faizini satın alacaq və bununla da “TikTok”un Amerikadakı əməliyyatlarını idarə edəcək. Üç şirkətin tərəfdaşlığı çərçivəsində mərkəzi ofisi ABŞ-da yerləşəcək “TikTok Global” şirkəti yaradılacaq.

“ByteDanse”dən alınan payın 12,5 faizinin “Oracle”a, 7,5 faizinin isə “Walmart”a aid olduğu bildirilib.

ABŞ-da 100 milyon istifadəçisi olan “TikTok”un ölkədə 25 min nəfər üçün məşğulluq təmin edəcəyi gözlənilir. “TikTok” ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək.

Saziş yaxın vaxtlarda Çin hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru