Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR - VİDEO

26-09-2020, 11:57           
Adil Qeybulladan koronavirusla bağlı ŞAD XƏBƏR - VİDEO
“Əhalidə virusa qarşı immunitet formalaşıb. Müşahidələr də bunu göstərir, faktlar, müraciətlər də”.

Bunu Yenicag.az-a açıqlamasında Tibb elmləri doktoru, professor Adil Qeybulla koronavirusa qarşı əhalinin immunitetinin getdikcə artmasını dəyərləndirərkən bildirib.
Professor yoluxma sayının azalmasını da bununla əlaqələndirib:

“Azərbaycanda xeyli insan xəstələndi, bəlkə də kollektiv immunitetə təsir edəcək səviyyədə xəstələnmə oldu. Çünki bu gün ictimai nəqliyyatda olan vəziyyət əslində özü bir yoluxma potensialıdır. Bütün bunlara baxmayaraq, yoluxma sayında ciddi artım yoxdur. Bu da onu göstərir ki, əhalinin 20-30 deyil, daha çox faizində virusa qarşı immunitet formalaşıb. Müşahidələr də bunu göstərir, faktlar, müraciətlər də”.

Buna baxmayaraq, A.Qeybulla payızda insanları diqqətli olmağa çağırıb:

“Narahat mərhələlərdən biri də payızda olacaq. Çünki payızda kəskin respirator xəstəlikləri baş qaldırır. Bu xəstəliklər qızdırma ilə müşayiət olunduğu üçün bunlar arasında difensial diaqnostika məsələləri var. Problem bundan ibarətdir. Amma payızdan sonra problem yoluna qoyulacaq”.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru