Ukraynalı deputat: Ermənilər, Qarabağ sizin deyil, yalanı dayandırın

28-09-2020, 11:50           
Ukraynalı deputat: Ermənilər, Qarabağ sizin deyil, yalanı dayandırın
Ukrayna Ali Radasının millət vəkili, “Xalq xidmətçisi” hakim partiyanın üzvü Lyudmila Marçenko, öz facebook səhifəsində, Qarabağda gedən döyüşlərlə bağlı müraciət yazıb.

Müraciətdə deyilir:

“Hörmətli” ermənilər, Qarabağ sizin deyil. Dezinformasiya, yalan və Azərbaycan torpaqlarının işğalını dayandırın. Mən Azərbaycandan həyəcanlı xəbərlər eşidirəm. Raket atəşləri, ağır artileriya, ölən və yaralannanlar. Ermənistan Dağlıq Qarabağda yenidən təxribatlar törədib. Dünya İctimayəti hər iki tərəfi atəşi dayandırmağa və konfliktin eskalasiyasının artmasına yol verməməsinə çağırır. Ən dəhşətlisi isə, cəbhə bölgəsində mülki vətəndaşların həlak olmasıdır. Ölənlər arasında uşaq və qadında var. Ermənistanın silahlı qüvvələri bütün cəbhə xətti Azərbaycan mövqelərini atəşə tutub, Ermənistan mətbuatı isə yalan və təxribat dolu məlumatlar yayır. Konflikdə kimin haqlı olduğu barədə şübhəsi olanlar isə, zəhmət olmasa, tarixə nəzər salsın. Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyır və dəstəkləyir.

realtv












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru