Paşinyanın bu fotolarına diqqətlə baxın: nə görünür?

8-10-2020, 00:23           
Paşinyanın bu fotolarına diqqətlə baxın: nə görünür?
Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndiyə gəlməsi və oradakı hərbçilərlə görüşündən bəhs edən qısa video yayılıb.

Video bütövlükdə Ermənistan baş nazirinin və orda başına topladığı 5 nəfərin “hərbi məsləhətləşmələr” aparmasına həsr olunub.

Amma bu dəfə “ağıllı” davranıblar: divarda asılan müdafiə və hücum planlarının görürməməsi üçün tədbirlər görüblər. Oysa ötən gün Qarabağ separatçı-terrorçularının lideri Arutyunyanın yaydığı videoda sözügedən əməliyyat planları açıq-aydın görünürdü. Doğrudur, o video yayılandan qısa müddət sonra silinmişdi. Ancaq artıq gec idi – sosial şəbəkə istifadəçiləri videonu götürə bilmişdilər.

Qayıdaq Paşinyanın bir neçə saniyəlik videosuna. O videodan kəsilib təqdim edilən fotolara diqqət edin: Paşinyanın üzündə nə görürsünüz? Qorxu, dəhşət, vahimə, stress...

Başqa nə hiss edirsinizsə, özünüz qeyd edin...















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru