Salyan və Neftçala TSEK-lərində dəliliyin qiyməti

1-05-2015, 10:13           
Salyan və Neftçala TSEK-lərində dəliliyin qiyməti
35 saylı TSEK-in sədri Füzuli Bağırov pensiya almaq istəyənlərə «dəlilik kağızı» düzəldərək, əlillik dərəcəsi verir

Azərbaycanda Tibbi-Sosial Ekspert Komissiyalarının hansı vəziyyətdə olduğu, təpədən-dırnağa qədər korrupsiyaya bulaşdığı sirr deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifə başına keçdikdən sonra bu sahədə bəzi dəyişikliklər etsə də, onun heç bir xeyri olmayıb.

JAM.AZ-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Salyan və Neftçala camaatı arasında «dəlilik» kağızı alanların sayı son dövrlər xeyli çoxalıb. Hətta iş o qədər ciddi şəkil alıb ki, pensiya müavinəti almaq üçün əlillik dərəcəsi istəyənlərin də bəziləri sağlam olduqları halda, TSEK rəhbərliyi tərəfindən «arzuları yerinə gətirilib».

Bildirək ki, 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Füzuli Bağırovun adı bir sıra xoşagəlməz olayda hallanır. JAM.AZ xəbər verir ki, TSEK sədri Salyan və Neftçala əhalisinə əlillik dərəcəsini çətinliklə versə də, daha çox onu pulla satmağa üstünlük verir. Yəni, çətinlik puldadır, dərəcənin verilməsində yox.

Məlumatlara görə, əlillik qrupu almaq istəyən insanlar mütləq Füzuli Bağırovun "tələb"lərini yerinə yetirməlidir. Daha dəqiq ifadə etsək, dərəcələrdən asılı olaraq, əlil insanlar TSEK sədrinə 1500, yaxud 3000 manat verməlidirlər. Əks təqirdə, əlillik dərəcəsi almaq xəyaldan başqa bir şey olmur.

Araşdırmalara görə, 35 saylı TSEK-in sədrinn əsas qazanc mənələrindən biri təkrar müayinələrdir. Belə ki, əlillik qrupunu dəyişmək istəyən şəxslər komissiya rəhbərinə xüsusi olaraq hörmət etməlidirlər. Bu işlərdə isə ona həyat yoldaşı Sevinc xanım yaxından köməklik göstərdiyi deyilir.

Məlumata görə, Sevinc xanım Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevropatoloq işləyir. O, bura müraciət edən və əlillik dərəcəsi almaq arzusunda olan pasiyentləri həyat yoldaşının rəhbəri olduğu komissiyaya istiqamətləndirir. Füzuli Bağırov əlillik dərəcələrinin verilməsi üçün tələb olunan sənədləri topa halında imzalayır. Həyat yoldaşı sənədləri yığıb ona göndərir, o da imza atır. Yəni vətəndaşların komissiyaya getməsinə ehtiyac qalmır.

İddialara görə, Füzuli Bağırov vəzifəyə keçdiyi ilk gündə Nuriyeva Pərvanə Maqsud qızı, Cəfərova Səfurə Nuşirəvan qızı, Quliyeva Pərvanə Mirzə qızı, Məhərrəmova Yaqut Həsən qızı, Hüseynli Gülşən Simon qızı, Hüseynov Rövşən Cavad oğlu və Ağayeva Sənubər Babaş qızına ilkin əlillik təyin edib. Bundan əlaaə, Neftçala və Salyandan olan bir çoxları komissiya sədrinə hörmət edərək, qeyri-qanuni yollarla əlillik dərəcəsi ala biliblər. Onların bir qisminin adı bizə məlum olub və həmin siyahını sizə təqdim edirik:

Əhmədova Gülşən Adil qızı,
Daşdəmirov Tarverdi Əzizağa oğlu,
Hüseynova Sayad Əhməd qızı,
Məmmədov Akif Neyfi oğlu,
Sadıqov Hidayət Talıb oğlu,
Həmidova Xumar Ağaəşrəf qızı,
Cəbrayılova Vüsalə Vasif qızı,
Babayeva İpək,
Aslanova Safura Həsən qızı,
Əzizov Şakir İbad oğlu,
Ələkbərova Gülnarə Bayram qızı,
Ələkbərov Akif Firudin oğlu,
Əliyev Fazil Ənvər oğlu,
Xudaverdiyeva Lalə İbadulla qızı,
Dadaşova Mətanət İsa qızı,
Hüseynova Sevinc Bilal qızı,
Heydərova Südabə Murad qızı,
Qarayeva Sevil Nusu qızı,
Əhmədov Musa Təvəkkül oğlu,
Quliyeva Rəsmiyyə,
Əkbərov Rafət Böyükkişi oğlu,
Quliyev Qurban İsabala oğlu,
Gözəlova Sonaxanım Tofiq qızı,
Məhərrəmov Bilal Ağabəy oğlu,
Abdullayeva İradə.

35 saylı TSEK-in sədri işi o həddə çatdırıb ki, hətta tabe olduğu nazirliyin səhv çıxardığı qərarları belə saya salmır. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları keçən il komissiyada yoxlama apararaq Neftçala rayonu üzrə Hüseynli Gülşən Simon qızına, Ağayeva Sənubər Babaş qızına, Dadaşova Rəna Şirxan qızına, Hüseynov Rövşən Cavad oğluna və Məhərrəmova Yaqut Həsən qızına əlillik dərəcəsinin düşmədiyi qənaətinə gəlib. Amma aradan bir neçə ay keçəndən sonra Füzuli Bağırov bu insanlara əlillik dərəcəsi müəyyən edib.

Yuxarıda qeyd etmişdik ki, komissiya sədri iki rayonun əhalinin bir çoxunu «dəli» çıxarıb. Bunu əbəs yerə yazmadıq. JAM.AZ xəbər verir ki, saxta əlillərin sənədləri əsasən Salyan Ruhi Əsəb Xəstəxanasına göndərilir. Bağırovun həmin xəstəxanada əsas adamı olan şəxs isə həkimlərdən biridir və onu da komissiyada özünə müavin götürüb.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.