"Qazangol" nağılları və ya Bakıda məscidin yaxınlığında priton işlədənlər var

1-05-2015, 11:30           
"Qazangol" nağılları və ya Bakıda məscidin yaxınlığında priton işlədənlər var
Artıq neçə müddətdir ki, Bakının Fatmayı kəndinin girəcəyində yerləşən “Qazangöl” otelində baş verən ciddi qanun pozuntularına dair yerli sakinlərin şikayətlərinin əks olunduğu məktublar müxtəlif instansiyalara ünvanlanmaqdadır. O cümlədən redaksiyamıza daxil olan məlumatlarda da Fatmayı sakinləri bu otelin priton kimi fəaliyyət göstərməsinə qarşı müvafiq tədbirlər görülməsi barədə tələblər irəli sürürlər. Bu xüsusda aldığımız açıqlamalarda bildirilir ki, Abşeron RPİ-nin nəzarətində olan ərazidə yerləşən “Qazangöl” otelinin intim xidmətlər sahəsində formalaşmış fəaliyyəti ətraf ərazilərdə yaşayan gənclərin mənəviyyatına ciddi zərbələr vurmaqdadır. Belə ki, burada “mədəni istirahət” adı altında təklif olunan seksual xidmətlər mənəvi-psixoloji cəhətdən hələ tam formalaşmamış bəzi gənclərin gündəlik müzakirə mövzusuna çevrilmişdir. Ötən saylarımızda da mövzuya dair dərc etdiyimiz materiallarda biz göstərmişik ki, son vaxtlar ölkə ərazisində iaşə obyektləri kimi qeydiyyatdan keçmiş, əslində isə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən müxtəlif səviyyəli pritonların sayında bir artım müşahidə olunur. Digər tərəfdən isə mənbələr bildirirlər ki, otelin sahibləri hətta öz obyektlərinə yeni müştərilər cəlb etmək məqsədilə son vaxtlar ətrafda yaşayan gənclər arasında “reklam” kampaniyaları aparmaqdan belə çəkinmirlər. Bu məqsədlərlə isə yaxınlıqda yerləşən kafe və çayxanalarda, gənclərin asudə vaxtlarını keçirdikləri məkanlarda məxsusi olaraq göndərilmiş şəxslər tərəfindən “Qazangöl” otelinin təbliği gedir. Halbuki, bu obyektin normal otel kimi fəaliyyət göstərməsindən söhbət belə gedə bilməz. Çünki açıldığı gündən priton kimi fəaliyyət göstərən “Qazangöl” yeganə olaraq məhz bu sahədə ixtisaslaşmışdır. Bu pritonun fəaliyyətindən məlumatı olanların böyük əksəriyyəti bu fikirlə razılaşırlar ki, yerli hakimiyyət və hüquq-mühafizə orqanlarının gözü qarşısında baş verən və cəmiyyətin mənəviyyatına qarşı yönəldilmiş rüsvayçı fəaliyətin durdurulmaması, növbəti və daha böyük qanun pozuntularının, ağır cinayət hadisələrinin baş verməsini stimullaşdırır. Artıq xəbər verdiyimiz kimi “Qazangöl” otelinin sahibi olan Sakit adlı şəxs buranı Tahir adlı digər bir vətəndaşa icarəyə verib. Aldığımız digər bir məlumatda isə bu pritona havadarlıq edən şəxsin kimliyinə dair müəyyən açıqlama təqdim edilir. Bu xüsusda mənbə bildirir ki, “Qazangöl”ün sahibi olan Sakit hal-hazırda İşgəncələrə Qarşı Azərbaycan Komitəsində (İQAK) məsul vəzifədə işləyir. Eyni zamanda da mənbə Sakitin müxtəlif insanlarla etdiyi söhbətlər zamanı özünün və obyektinin məhz İQAK-ın sədri Elçin Behbudovun himayəsində olduğunu dəfələrlə bəyan etdiyini vurğulayır. Bundan başqa isə digər bir məlumata görə, Elçin Behbudov heç də Sakit tərəfindən adı hallandırılan yeganə şəxs deyildir. Mənbə iddia edir ki, “Qazangöl”ün sahibi bir neçə dəfə hətta Milli Məclisin sədri cənab Oqtay Əsədovla da qohumluq əlaqələrinin olduğunu və elə bu səbəbdən də hüquq-mühafizə orqanlarının ona “yaxın dura bilmədiklərini” bəyan edib.Eyni zamanda da bu pritonun fəaliyyətində yerli sakinləri daha çox narahat edən bir məqam onunla bağlıdır ki, “Qazangöl” oteli Fatmayı məscidinin bilavasitə yaxınlığında yerləşir. Bu isə razılaşın ki, dindar qardaş və bacılarımızın xüsusi narazlığına səbəb olmaya bilməz. Aşkar zinakarlığın və əyyaşlığın təbliği üçün belə bir məkanın seçilməsi də, ən azından islami dəyərlərimizə qarşı etinasızlığın və hörmətsizliyin bariz göstəricisi kimi qiymətləndirilməlidir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.